Ukrayna Ali Radası prezidentin hərbi vəziyyətin və ümumi səfərbərlik müddətinin daha 90 gün uzadılması haqqında fərmanlarının təsdiq edilməsi barədə qanun layihələrini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının yaydığı məlumatda deyilir.
Hərbi vəziyyət 2023-cü il fevralın 19-dan uzadılacaq və yenidən 90 gün davam edəcək.