Modern.az

Leyla Abdullayeva türkiyəli həmkarı ilə görüşdü 

Leyla Abdullayeva türkiyəli həmkarı ilə görüşdü 

Aktual

7 Fevral 2023, 20:58

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki səfiri Əli Onanerlə görüşüb, zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, tviterdə paylaşım edib.

 

“Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı həmrəyliyimizi ifadə etmək, Türkiyə xalqına başsağlığı bildirmək üçün Parisdəki Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarlar ilə birgə Türkiyə Səfirliyini ziyarət etdik, Səfir Əli Onanerlə səmimi fikir mübadiləsi apardıq", - paylaşımda deyilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı