Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan Kahramanmaraşda baş vermiş zəlzələdə xəsarət alan körpələri xəstəxanada ziyarət edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, birinci xanım Ankaranın Etlik Şəhər Xəstəxanasına gətirilən 16 körpəyə baş çəkib.
Körpələrin vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, körpələr Kahramanmaraşdan Ankaraya Prezident Ərdoğanın təyyarəsi ilə gətirilmişdi.
