Modern.az

Qatarların sürət həddi hava şəraitinə uyğun tənzimlənir

Qatarların sürət həddi hava şəraitinə uyğun tənzimlənir

Güncel

9 Fevral 2023, 16:48

Hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC (ADY) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 

QSC-dən Modern.az-a verilən məlumata görə, həmçinin qatarların sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir.

 

“Sərnişinlərdən də öz növbəsində platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı