Modern.az

Paşinyan İlham Əliyevin iştirak edəcəyi tədbirə qatılmayacaq?

Paşinyan İlham Əliyevin iştirak edəcəyi tədbirə qatılmayacaq?

Aktual

17 Fevral 2023, 11:30

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.

 

Modern.az xəbər verir ki, Konfrans çərçivəsində "Cənubi Qafqazda təhlükəsizliyin qurulması" adlı panelin keçirilməsi nəzərdə tutulur. 

 

Məlumata görə, həmin paneldə Prezident İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və ATƏT-in Baş katibi Helqa Şmid iştirak edəcək.

 

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Münhenə səfər etsə də, Cənubi Qafqazla bağlı panel iştirakçıları arasında yer almayıb.

 

1217221

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı