Modern.az

Fevralda 1.1 milyon manatdan çox qaçaqmal tutulub

Fevralda 1.1 milyon manatdan çox qaçaqmal tutulub

Aktual

2 Mart 2023, 09:42

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 91 kq 821 qram narkоtik vasitə və 565 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

 

Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 1 milyon 119 min 188 manat оlan qaçaqmal, о cümlədən qızıl-zinət əşyaları, tütün məmulatları və spirtli içkilər saxlanılıb.

 

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı