Modern.az

3 nəfəri xilas edən 6 yaşlı "Juna" - FOTOLAR

3 nəfəri xilas edən 6 yaşlı

Aktual

10 Mart 2023, 14:32

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici iti Kahramanmaraşda üç nəfərin dağıntılar altından sağ çıxarılmasına kömək edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

"Juna" adlı it "Cocker Spaniel" növündəndir, o, biri uşaq olmaqla 3 nəfərin yerini müəyyənləşdirib və onlar sağ xilas edilib.

 

İtin təlimatçısı Ehtiram Baloğlanov “Anadolu”ya bildirib ki, "Juna" 2017-ci ildə doğulub: "Həmin vaxtdan bəri mənimlədir. Kahramanmaraşda 3 nəfəri sağ çıxarmağımıza kömək etdi. Burada ona “Qəhrəman Juna” deyirdilər”.

 

Qeyd olunub ki, Azərbaycandan göndərilən 8 it ümumilikdə 15 nəfərin yerini müəyyənləşdirib.

 

1224276

1224277

1224278

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı