Modern.az

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Aktual

12 İyun 2013, 13:12


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 15 iyun 2013-cü il tarixində, saat 14:00-da Zaqatala şəhərində, Rayon Mədəniyyət Evində vətəndaşlar üçün açıq qəbul keçirəcək. Komitədən Modern.az-a verilən məlumata görə, qəbulda Zaqatala ilə yanaşı, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinə müraciət etmələri  xahiş olunur. Əlaqə üçün: DQİDK-nın bölgə şöbə müdiri: Mehman İsmayılov Tel: (024) 225-32-23

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı