Modern.az

İsrailə uçuşlar ləğv edildi – Etirazlara görə

İsrailə uçuşlar ləğv edildi – Etirazlara görə

Aktual

27 Mart 2023, 17:20

Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsraildəki etirazlarla əlaqədar ölkənin əsas hava limanı sayılan Ben Qurion aeroportunun işi iflic olub.

 

İsrailə uçuşlarının bir hissəsini ləğv edən aviaşirkətlər arasında məşhur “Air Canada”, “Turkish Airlines”, “Finnair”, “Wizz Air”, “Etihad” və “Emirates” də var.

 

Xatırladaq ki, İsraildə məhkəmə islahatlarına qarşı etiraz aksiyaları keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı