Türkmənistan Hava Yolları aviaşirkəti avqustun 1-dən Moskvaya uçuşları dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yer alıb.
Bildirilib ki, bunun əvəzinə Aşqabad-Kazan-Aşqabad marşrutu üzrə uçuşlar həyata keçiriləcək.
Şirkət uçuşların dayandırılmasına səbəb kimi Moskvanın hava zonasındakı vəziyyəti əsas gətirib.
Qeyd edək ki, son günlər Rusiyada əlverişsiz hava şəraiti hökm sürməkdədir.