Rəsmi Moskva Ermənistan və Azərbaycanı sərhədlərin müəyyənləşdirilməsinə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə bildirib.
O anklavlarla bağlı suala cavabında deyib ki, ərazi mübahisələri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesi zamanı həll edilməlidir.