Modern.az

“Azəriqaz” abonentlərə niyə SMS göndərib?

“Azəriqaz” abonentlərə niyə SMS göndərib?

Актуально

18 Avqust 2023, 13:21

“Presight G42” şirkətinin və SOCAR "Azəriqaz” İstehsalat Birliyinin birgə layihəsi olan smart qaz şəbəkəsinin və intellektual infrastrukturun, smart rəqəmsal İOT və Aİ platformaların, LoraWan şəbəkəsinin və “smart-ötürücü” qurğuların tətbiqi məqsədilə Sumqayıt şəhərinin “Yaşma bağları” ərazisində pilot layihə həyata keçirilir.

 

“Azəriqaz”dan Modern.az-a verilən məlumata görə, pilot layihə əsasında qeyd olunmuş ərazi üzrə qaz istehlakçılarının mövcud sayğacları yenisi ilə əvəz olunması və “smart-ötürücü”lərin quraşdırılması planlaşdırılır.

 

Məlumata görə, istehlakçıların məlumatlandırılması məqsədilə layihə barədə qeydiyyatda olan abonentlərə SMS bildiriş də göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı