Modern.az

APAK regionlarda təlimlərə başlayır - Fotolar

APAK regionlarda təlimlərə başlayır - Fotolar

Güncel

19 Avqust 2023, 23:42

Bu gün Göygöldə Azərbaycan Psixologiya Akademiyasının psixoloqları (APAK) psixoloqlar üçün təlim keçiblər. 

 

Məqsəd psixoloqların, psixologiya ixtisaslı məzunların və ayrı-ayrı psixologiya mərkəzlərində çalışanların təkmilləşməsinə, inkişafına dəstək olmaqdır. Eyni zamanda dünyada və regionda baş verən yeniliklərin, trendlərin təqdim edilməsidir. 

 

 “Uşaq psixologioyası və inkişafı” adlı təlimdə çıxış edən APAK-ın direktoru Sevda Əzizova bu cür tədbirlərin ölkənin digər şəhər və rayonlarında da reallaşdırılacağını diqqətə çatdırıb.

 

Sevda Əzizova rəhbərlik etdiyi qurumda həm yerli, həm də Türkiyə və İsraildən olan psixoloqların çalışdığını deyib: “Təcrübə mübadiləsi, dünyada baş verən yeniliklərin cəmiyyətə, pasiyentlərə vaxtında çatdırılması, istifadəsi üçün beynəlxalq əməkdaşlıq çox mühümdür”.

 

Daha sonra psixoloqlar Səbinə Cəbrayılova risk qrupuna daxil olan uşaqla işin təşkili, Ezgi Şahin valideyn-övlad münasibətləri və bu münasibətlərdə rast gəlinən konfliktlər, mövzusunda çıxış ediblər. Tədbirin sonunda iştirakşılara sertifikat təqdim edilib. 

 

Həmin bölgədə yaşayan şəhid və qazi övladları üçün ödənişsiz konsultasiya da olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı