Modern.az

İstirahət günlərində milli parklara gedənlərin nəzərinə!

İstirahət günlərində milli parklara gedənlərin nəzərinə!

Aktual

25 Avqust 2023, 14:23

İstirahət günlərində (avqustun 26-27-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Samur-Yalama milli parkında fasilələrlə yağış yağacağı gözlənilir.

 

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 26-28°isti olacaq.

 

Altıağac milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-27° isti olacaq.

 

Ağgöl milli parkında arabir yağış yağacağı, 27-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 30-32° isti olacaq.

 

Qızılağac milli parkında arabir yağış yağacağı, 26-da axşam tədricən kəsiləcəyi, 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 29-31° isti olacaq.

 

Göygöl milli parkında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.


Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti , gündüz 18-23° isti olacaq.

 

Şirvan milli parkında arabir yağış yağacağı, 26-da axşam tədricən kəsiləcəyi, 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 30-32° isti olacaq.

 

Hirkan milli parkında arabir yağış yağacağı, 26-da axşam tədricən kəsiləcəyi, 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 29-31° isti olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı