Modern.az

14 yaşın mübarək !

14 yaşın mübarək !

Aktual

1 Sentyabr 2023, 12:15

Yaxşı xatırlayıram 14 il əvvəl bu gün – yəni 1 sentyabr tarixində yeni bir saytın fəaliyyətə başlaması xəbərini eşitdik. 

 

“Modern.az” saytı qiyabi olsa da ona fəaliyyətində uğurlar arzuladıq. Öyrəndik ki, təsisçi və baş redaktor Elşad Eyvazlı adlı gənc jurnalistdir. Onu da yaxından tanıdıq. Özünə, sözünə, hərəkətinə və işinə çox məsuliyyətlə yanaşan ziyalı bir insan. Beləliklə layihə və təqdimatlardan tutmuş xəbər istehsalına qədər hər işə məsuliyyət və incəliklə yanaşan kollektiv qısa zamanda böyük uğurlara nail oldu. Bu həm də peşəkar kadrların seçiminə elə peşəkar yanaşmanın nəticəsi idi. 

 

Hazırda böyük bir xəbər agentliyinə çevrilən “Modern.az” geniş içtimaiyyət arasında media orqanı olaraq nüfuz qazanıb. İstər ölkəmizdə istərsə də  dünyada baş verən hadisələrə obyektiv və qərəzsiz mövqe nümayiş etdirməsi oxucuların “Modern.az” saytına böyük rəğbətini qazandırıb.  

 

“Modern.az” xəbər agentliyinin təsisçisi və baş redaktoru Elşad Eyvazlını və kollettivi 14 yaş münasibətilə təbrik edir yaradıcılıqda uğurlar arzulayıram. 

14 yaşınız mübarək!

 

Akif Təvəkküloğlu

Əməkdar jurnalist

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı