Modern.az

Paşinyan ailəsini İrəvandan QAÇIRDI

Paşinyan ailəsini İrəvandan QAÇIRDI

Aktual

20 Sentyabr 2023, 12:14

Ermənistan paytaxtı İrəvanda vəziyyət daha da gərginləşib. Azərbaycan Ordusunun Qarabağdakı erməni separatçılarına qarşı apardığı antiterror tədbirlərini həzm edə bilməyən Ermənistan müxalifəti bu gün yenidən mitinq keçirəcək. Müxalifət baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Onu Azərbaycana qarşı sərt tədbirlərə əl ata bilməməkdə suçlayırlar.

Bu arada Nikol Paşinyanın ailə üzvlərinə qarşı da təhlükə yaranıb.

Modern.az xəbər verir ki, yaranmış vəziyyəti nəzərə alan Nikol Paşinyan ailəsinin təhlükəsizliyini təmin etmək məcburiyyətində qalıb. Belə ki, “Hraparak”ın məlumatına görə, Nikolun Paşinyanın ailəsi İrəvandan çıxarılıb. Paşinyan ailəsinin Sevan şəhərindəki bağ evinə yerləşdiyi və onların təhlükəsizliyinin gücləndirildiyi bildirilir.

Nəşr yazır ki, hökumətin yüksək rütbəli məmurları baş nazir Nikol Paşinyanla birlikdə yığıncaqları Müdafiə Nazirliyinin bunkerində keçirirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı