Modern.az

Zaqatalada 3 tondan çox narkotik bitkisi YANDIRILDI

Zaqatalada 3 tondan çox narkotik bitkisi YANDIRILDI

Aktual

21 Sentyabr 2023, 17:06

Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

 

Keçirilən tədbir zamanı Sumaylı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 500 kiloqram olan 5094 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı