Modern.az

Gəncə Dövlət Universitetində tələbələrlə görüş keçirildi - FOTOLAR

Gəncə Dövlət Universitetində tələbələrlə görüş keçirildi - FOTOLAR

Актуально

22 Sentyabr 2023, 11:57

Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış müqaviləyə uyğun olaraq ikili diplom proqramı üzrə 2023/2024-cü tədris ilində Biologiya ixtisasına qəbul olmuş tələbə və onların valideynləri ilə görüş keçirilib.

 

Gəncə Dövlət Universtitetinin rektoru Yusif Yusibov tələbələri təbrik edərək onlara uğurlar arzulayıb.

 

İkili diplom proqramının üstünlüklərindən danışan rektor qardaş ölkənin nüfuzlu universitetinin diplomunu əldə etmək imkanını tələbələr üçün böyük şans adlandırıb və yaxın gələcəkdə proqram çərçivəsində görüləcək işlərdən söhbət açıb. O da bildirilib ki, tələbələr beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslar üzrə ilk iki tədris ilini Dokuz Eylül Universitesində, növbəti iki ili isə Gəncə Dövlət Universitetində təhsil alacaqlar.

 

Universitetin İnnovasiyalar Departamentinin rəhbəri Vasif Həsənov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev proqramın təhsil sahəsində yaratdığı imkanlardan danışıblar.

 

Görüşdə qeyd edilib ki, ikili diplom proqramı üzrə Biologiya ixtisasına qəbul olmuş tələbələr 02 oktyabr tarixindən Dokuz Eylül Universitesində təhsil almağa başlayacaqlar.

 

Tələbələr və onların valideynləri ikili diplom proqramının həyata keçirilməsinə dəstək göstərən universitet rektoruna təşəkkür ediblər.

 

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı