Modern.az

Məktəb ləvazimatlarından çoxlu şikayətlər var – PROBLEM

Məktəb ləvazimatlarından çoxlu şikayətlər var – PROBLEM

Актуально

3 Oktyabr 2013, 12:15


Sentyabrın 15-dən dərslər başlandı. Amma bir ay öncədən məktəb ləvazimatları – dəftərlər, qələmlər, karandaşlar, karandaş yonanlar, xətkeşlər, çantalar və bir sıra başqa lazımi vasitələr alınırdı. Amma dərslər başlayanda alınan əşyaların elə də keyfiyyətli olmadığı meydana çıxır. Belə ki, ya qələm yazmır və tez-tez tutulur, dəftərdə nəsə yazmaq mümkün olmur, karandaş qırılır və s. Bu isə öz növbəsində şagirdin dərs zamanı vaxtının çox hissəsinin buna sərf olunmasına səbəb olur ki, buda dolayısı yolla onun psixologiyasına təsir edir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, məktəb mövsümü başlaması ərəfəsində istehlakçılardan gündə aramsız telefon zəngi gəlir. “Əsasən kitabların keyfiyyətindən narazılıq edirlər, kitab şriftlərinin ələ yapışmasından narahat olurlar. Hamı bilməlidir ki, şriftlərdə ağır metallardan, qurğuşunlardan istifadə edilir. Bu zəhərləyici maddədir. Uşaqlar əlini kitaba vurur, ağzına vurur və tədricən zəhərlənmə baş verir. Kitab alan zaman ağ tənzifi sürtsünlər və rəng çıxırsa belə kitabı almasınlar”.  

E. Hüseynov məktəb ləvazimatlarının əksəriyyətində problem olduğunu qeyd edib. “Çanta pis qoxu, rezin iyi verirsə, demək bu  tullantılardan hazırlanıb, nə qədər cəlbedici olsa da insanlar almasınlar”.

Birlik sədri bildirib ki, məktəbli şüurunun psixoloji vəziyyətinin durumunda məktəbli ləvazimatlarının böyük rolu var. “Əgər kiçik yaşlı məktəbli karandaşı karandaş yonana salırsa və sınırsa bu o deməkdir ki, ya karandaş, ya da karandaş yonan standarta uyğun deyil. Sonra uşaq karandaşı yonmaq üçün ülgücə əl atır və əlini kəsir. Daha sonra isə bıçağa əl atır. Yəni məqsədə çatmaq üçün kobud yollara əl atır. Uşaq düşüncəsində ağacdan, dəyənəkdən, bıçaqdan istifadə etmək formalaşır. Bunlar incə məsələlər olsa da istehlakçı hüquqları nöqteyi-nəzərindən çox araşdırılan məsələlərdir. Ümumiyyətlə, ölkəyə gətirilən məktəbli ləvazimatlarının 30-40 faizi istehlakçıların tələblərinə cavab vermir”.

Eyyub Hüseynovun sözlərinə görə bu məhsullar ən çox BƏƏ, Çindən və Hindistan gətirilir. “Bazar qorunmadığı üçün hər bir ölkədən keyfiyyətsiz mal gətirilməsi ehtimalı var”.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, dərs ili başlayana qədər İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məktəb ləvazimatı bazarında nəzarət tədbirləri keçirib və bu zaman belə faktlar aşkarlanmayıb. “Məktəb ləvazimatı bazarında alıcılara kifayət qədər seçim imkanı var. Seçim hüquqi istehlakçılarındır. Əgər istehlakçılar hər hansı bir qanun pozuntusu ilə rastlaşıblarsa dövlət xidmətinin 498-15-01, 498-15-04 daimi fəaliyyət göstərən telefonlarına, eləcədə İqtisadi İnkişaf Nazirliyinin 195-2 “Qaynar xətt”inə müraciət edə bilərlər. Müraciətlər operativ şəkildə araşdırılır və qanuna müvafiq tədbirlər görülür”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı