Tədbirdə çıxış edən kənd sakinləri Qaratorpaq və Bolludərə kəndlərində istifadəyə yararlı su mənbəyi və su şəbəkəsinin olmadığını bildirmişlər. İçməli suyu uzaq məsafədən maşınlarla daşıdıqlarını deyən sakinlər problemin həllinə göstərilən köməyə görə ölkə rəhbərliyinə və “Azərsu” ASC-nin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.
Həyata keçirilən yeni layihə Qaratorpaq və Bolludərə kəndlərində 2200 nəfərin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur. Bu kəndləri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi kimi Oğuz rayonunun Söyüdlü kəndindəki su anbarı seçilmişdir. Layihənin birinci mərhələsi çərçivəsində su mənbəyindən Qaratorpaq kəndinə qədər 11 km uzunluğunda magistral su xətti çəkilmişdir. Kənd ərazisində ümumi istifadə üçün 1 ədəd su bulağı və 1 ədəd su dayağı quraşdırılmışdır. Bu layihənin davamı olaraq növbəti mərhələdə rayonun Bolludərə kəndinə polietilen borularla 7 km uzunluğunda magistral su xətti çəkiləcəkdir.

Modern.az