Modern.az

İraqda partlayış: 2 ölü, 13 yaralı

İraqda partlayış: 2 ölü, 13 yaralı

Dünya

15 Sentyabr 2016, 23:31

İraqda baş vermiş iki partlayışda 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, bombalardan biri Bağdadın şimal-şərqindəki bazarda partlayıb. Partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Səkkiz nəfərin xəsarət aldığı ikinci partlayış isə parkda qeydə alınıb.

Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı