Modern.az

Misirdə terror törədən şəxsin kimliyi müəyyənləşib

Misirdə terror törədən şəxsin kimliyi müəyyənləşib

Мир

12 Aprel 2017, 23:28

Misirdə terror törədən şəxsin kimliyi müəyyənləşib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bir neçə gün öncə İsgəndəriyyə şəhərində kilsədə terror aktı törədən Misir vətəndaşı olub.

Misir daxili işlər nazirliyinin məlumatına görə, üzərindəki partlayıcı qurğunu partladan şəxs 1986-cı il təvəllüdlü Süveyş şəhər sakini, neft şirkətinin əməkdaşı Mahmud Mubarək Abdulla olub.

Qeyd edək ki, aprelin 9-da  İsgəndəriyyədə və Tanta şəhərlərində törədilən partlayışlarda 45  nəfər ölüb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Tanta şəhərində kilsəni partladan digər terrorçu-kamikadze barədə məlumat verilmir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı