Modern.az

Ukrayna hadisələrində rus izi - Səs yazısı

Ukrayna hadisələrində rus izi - Səs yazısı

Dünya

8 May 2014, 12:26

Ukrayna Təhlükəsizlik Xidməti Şərqi Ukraynadakı separatçıların fəaliyyətinin kordinasiya edilməsinə dair yeni sübutlar aşakarlayıb. Modern.az xəbər verir ki, Moskvada fəaliyyət göstərən “Rus Birliyi” təşakilatının rəhbəri Oleq Barşakov ilə Donetskdə qanunsuz fəaliyyət göstərən “Pravoslav Donbas” təşkilatının sədri Dmitri Boytsov arasındakı telefon danışığı təhlükəsizlik xidməti tərəfindən dinlənilib.
İctimaiyyətə təqdim edilən səs yazısında Boystov 11 mayda Şərqi Ukraynada Donetsk Xalq Respublikasının yaradılması ilə bağlı separatçı referendumun keçirilməsi üçün rus hərbçilərinin yardımını istəyib. Barşakov isə seçkiləri saxtalaşdırmağı və 100% səsin Şərqi Ukraynanın müstəqilliyi leyhinə verilməsini tələb edib.

 



Vüqar İsmayılov
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı