Modern.az

Biləsuvarda 41 yaşlı qadının meyiti tapılıb

Biləsuvarda 41 yaşlı qadının meyiti tapılıb

Hadisə

7 Aprel 2026, 01:10

Biləsuvar rayonunda qadın meyiti aşkarlanıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Xalidə Ağabəy qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tikilidə aşkar edilib. Qeyd olunub ki, X.Rüstəmova iki uşaq anası olub. Faktla bağlı araşdırma aparılır.

(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı