Millət vəkil Zahid Oruc dekabrın 28-29-da Bərdə şəhərində olub və orada çoxsaylı görüşlər keçirib.Bu barədə Modern.az-a məlumatı millət vəkili Zahid Oruc özü verib. O bildirib ki, ilk olaraq Bərdə şəhər 1 saylı və 8 saylı məktəblərin istilik sistemiylə təminatı məsələsinin həlli ilə əlaqadar tədbirdə iştrak edib. Daha sonra Bərdə şəhərində musiqi məktəbində istilik sistemlərinin qurulması ilə bağlı tədbirə qatılan millət vəkili həmçinin, icra başçısıyla birgə Bərdənin Mehdixanlı kəndinə gedib, orada Qarabağ əlili Əliş Qasımova dövlət tərəfindən inşa olunmuş evin açılış mərasimində iştrak edib.
Z.Oruc bildirib ki, 2010-cu ildə Bərdə şəhərində dövlət tərəfindən Qarabağ əliləri üçün 17 ev inşa olunur və evlərin böyük bir hissəsi artıq hazırdı. Deputat Bərdədə partlayış nəticəsində valideyinlərinin hər ikisini itirmiş azyaşlı qız uşağının vəziyyəti ilə yaxından maraqlanıb. Qızcığazın hər hansı bir formada himayəyə götürülməsi və eyni zamanda müəyyən yardımların göstərilməsi üçün müvafiq işlər aparılıb.
Millət vəkili bildirib ki, Bərdənin Mirzalıbəyli və Şatırlı inzibati icra vahidliyində mavi yanacağın verilməsi ilə bağlı böyük bir tədbir keçirilib və həmin kəndlər artıq qazla təmin olunub. Şatırlı kəndində 605 abonent qazla təmin olunacaq. Bununla da Bərdənin qazla təmin edilmiş kəndlərinin sayı 20-yə çatıb.
“Yaxın günlərdə daha 9 kəndin qazla təminat işləri başa çatacaq. Tezliklə bunlar həyata keçiriləcək. Bütün bunların hamısı dövlət başçısının bölgələrin inkşafına yönəltdiyi proqranlarının məramı, nəticəsi olaraq həyata keçirilib. Bu görülən işlərin hamısı Dünya Azərbaycanlıların Həmrəyliyi və Yeni il bayramı ərəfəsində insanlara ən böyük tövfə oldu. Bundan sonrada görüçlərimiz davam edəcək”-deyə millət vəkili bildirib.
Modern.az