Modern.az

“Gədəbəy” deyəndə ilk yada düşən nə olur…?

“Gədəbəy” deyəndə ilk yada düşən nə olur…?

Ülke

11 Yanvar 2011, 12:12


Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları müxtəlif xüsusiyyətlərilə bir-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar.
Modern.az saytı qərara alıb ki, “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət etsin. Yəni filan rayonun adı çəkiləndə ilk yada düşən nə olur..?

Cavablar silsiləvi olaraq oxucularımıza təqdim olunacaq.

Ötən həftə Şəki rayonu haqqında müxtəlif sahələrin insanlarının cavablarını təqdim etmişdik.

İndi isə Gədəbəy rayonunun nəyilə tanındığını öyrənməyə çalışdıq.

Beləliklə, millət vəkili Sabir Hacıyev, yazıçı Əkrəm Əylisli, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, tanınmış telejurnalist Qulu Məhərrəmli və iqtisadçı-ekspert Rövşən Ağayev Gədəbəyi nəyi ilə tanıyırlar?

“İlk yadıma düşən almanlar və mis mədənləridir”

“Rayonlarımızın hərəsi bir xüsusiyyəti ilə tanınır. Gədəbəy rayonu isə daha çox tarixi ilə yada qalır”. Bu fikri tanınmış telejurnalist Qulu Məhərrəmli söylədi.
“Rayonlarımızın hər biri bir xüsusiyyəti ilə fərqlənir. Gədəbəy rayonu dedikdə isə ilk ağlıma gələn almanlar, onların orada yaratdığı mis mədənləridir”.
Müsahibimiz bildirdi ki, Gədəbəy onun üçün daha çox tarixi assosiasiya yaradır.

“Bu rayon daha çox folkloru ilə tanınır”

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin sözlərinə görə, Gədəbəy rayonunu daha çox folkloru ilə tanıyır. Gədəbəyin Azərbaycan aşıq məktəbində özünəməxsus yeri olduğunu bildirən partiya sədri dedi ki, digər tərəfdən rayonun təbii mənzərələri, təbiəti, dağı, dərəsi, turizm üçün əlverişli imkanlara malikdir.


“Gədəbəy rayonu bu üç seylə tanınır: təbiəti, kartofu, qızıl yataqları”

““Gədəbəy” deyəndə bu üç şey ağıla gəlir. Gözəl təbiəti olan rayon, kartof  istehsalında ixtisaslaşan rayon, qızıl mədənləri olan rayon”.
Bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev söylədi. R.Ağayevin sözlərinə görə, Gədəbəy kənd təsərrüfatı sahəsində artıq ixtisaslaşıb:
“Düzdür, bu rayonda heyvandarlıq da inkişaf edib, amma kartof əkini daha çox yayılıb və inkşaf edib”.
R.Ağayev bu rayonun eyni zamanda turizmin inkişafı üçün əlverişli olduğunu bildirdi. Bundan əlavə, o qeyd etdi ki, son zamanlar qızıl mədənlərinə olan maraq artıb, Gədəbəy rayonu da məhz bu baxımdan qızıl yataqlarının olması ilə yada düşür.

“İlk ağlıma gələn kartofdur”

Yazıcı Əkrəm Əylisli hesab edir ki, “Gədəbəy” deyəndə ilk ağıla gələn kartofdur. Ə.Əylislinin sözlərinə görə, təbiəti və insanları da bu rayonu ona xatırladır:
“Təbii ki, kartofdan əlavə, oradan olan dostlarım, gözəl təbiət də yadıma düşür. Gədəbəy rayonunda bir dostum var idi, adı Saleh idi və onun çox gözəl nəvəsi var idi, ona “tülkü” deyirdi. “Gədəbəy” deyəndə bax, bunlar da yadıma düşür”.  

“Bu rayonun gözəl bulaqları var”

“Gədəbəy rayonu gözəl təbiətə malik, mis mədənləri ilə zəngin rayondur. Bu rayonun çox gözəl bulaqları var”. Millət vəkili Sabir Hacıvev belə deyir.
Gədəbəydə dəfələrlə olduğunu bildirən müsahibimiz, bu rayonu çox bəyəndiyini və sevdiyini qeyd etdi: “Müstəqillik dövründə və müstəqillikdən əvvəlki dövrdə bu rayonda olmuşam, bu rayon çox gözəl bulaqlarının olması ilə secilir”.
S.Hacıyev rayonun müstəqillik dövründə çox dəyişdiyini və inkişaf etdiyini də bildirdi.   

Nədənsə müsahiblərimiz, Gədəbəy lətifəərindən heç soz açmadılar...

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı