Modern.az

12 deputat sabah qayıdır

12 deputat sabah qayıdır

Ölkə

28 Yanvar 2011, 15:11

Yanvarın 24-dən Strasburqa Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının iclasında iştrak edən millət vəkillərimiz sabah vətənə qayıdacaqlar. Bu barədə Modern.az-a  Milli Məclisin AŞPA-dakı nümayəndə heyyətinin üzvu Sabir Hacıyev məlumat verib. Millət vəkili bildirib ki, bu gün iclas başa çatır və sabah nümayəndə heyəti geri dönəcək.

Qeyd edək ki, ölkəmizi AŞPA-da təmsil edəcək nümayəndə heyyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri  Səməd Seyidov rəhbərlik edir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva,  Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Fəzail İbrahimli, Elxan Süleymanov, Sahibə Qafarova və Fazil Mustafa daxildir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı