Modern.az

Əhəd Abiyev: “Qardaşım oğlunu şantaj edirlər”....

Əhəd Abiyev: “Qardaşım oğlunu şantaj edirlər”....

Ülke

29 Yanvar 2011, 16:14

“Qardaşım oğlu Raqif Abıyev  hazırda məzuniyyətdədir. Onun həbs edilməsi ilə bağlı məndə heç bir məlumat yoxdur”. Bu sözləri Modern.az –a açıqlamasında keçmiş millət vəklil Əhəd Abıyev qardaşı oğlunun Ukraynadan Azərbaycana gələrkən sərhəd-keçid məntəqəsində saxlanılıması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Raqif Abıyev polis leytenantıdır və narkotiklərə qarşə mübarizə şöbəsində işləyir.
“Onu şantaj etməyə cəhd göstərirlər. Raqifin narkotik qaçaqmalçılğını guya himayə etməsi barədə deyilənlər yalandır. Raqif narkotik alverinə qarşı kəskin mübarizə aparıb”-deyə Ə.Abıyev bildirib ki, qardaşı oğlunu həmişə şərləmək cəhdləri olub.
“Tutulan narkotik qaçaqmalçılarını məcbur ediblər ki, Raqifin bu işdən xəbəri olduğunu desinlər. Hətta Əhəd Abıyevin də adını bu alverlə bağlamağa cəhd ediblər” deyən keçmiş deputat həmin qüvvələrin adını çəkmək istəməyib.

Qeyd edək ki, bu gün Ə.Abıyevin qardaşı oğlu, Abıyev Raqif Malik oğlunun Ukraynadan Azərbaycana gələrkən sərhəd-keçid məntəqəsində saxlanılması barədə xəbər yayılıb. Onun saxlanılması narkotik qaçaqmalçılığında ittiham olunması ilə bağlanılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı