Modern.az

Azərbaycanın "Eurovision" Milli Finalı rekord həddə izlənilib

Azərbaycanın "Eurovision" Milli Finalı rekord həddə izlənilib

Ölkə

15 Fevral 2011, 15:55

Azərbaycanda keçirilən “Eurovision-2011” Milli Final mərhələsini internet vasitəsi ilə 80 ölkədən tamaşaçı izləyib. Bu barədə Avropa Yayımları Birliyinin "Eurovision" tədbirlər qurumundan İctimai Televiziya və Radio Yayımları Şirkətinə daxil olan təşəkkür məktubunda bildirilir. Məktubda deyilir ki,  müsabiqənin yüksək səviyyədə təşkili ilə bağlı Facebook, Twitter kimi sosial şəbəkələrdə, həmçinin www.eurovision.tv internet saytında müsbət rəylər yerləşdirilib.
Azərbaycan təmsilçilərinin Eurovision TV-də təbliği üçün xüsusi bloqun yaradılması təklif olunub. Və təmsilçilərimizin fanatları ilə ünsiyyət saxlaması, digər ölkələrin təmsilçililəri ilə müzakirələr aparması məqsədilə bloq yaradılacaq. Xatırladaq ki, final konserti həmçinin Türkiyənin TRT, Gürcüstanın İctimai Televiziyası vasitəsilə bütün dünyaya yayımlanıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı