Modern.az

Bakıda avtobus sürücülərini izləyəcəklər

Bakıda avtobus sürücülərini izləyəcəklər

کشور

25 Aprel 2011, 13:34


Bir müddət əvvəl Milli Məclisdə “İnzibati Xətalar Məcəlləsinə” əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklərə əsasən avtobus sürcülərinə bir sıra qadağalar qoyulub. Qadağalarda nəzərdə tutulur ki, müntəzəm şəhərdaxili marşurutlarda audio cihazlardan istifadə sərnişindaşıma qaydalarının pozulmasıdır. Audio cihazlara isə radio, matnitofon və musiqi dinləmək üçün digər vasitələr daxildir. Bundan əlavə, marşurutlarda siqaret çəkmək, avtobusu dayanacaqdan kənarda saxlamağa görə də cərimələr tətbiq olunub. Bu pozuntulara görə 40-50 manat arasında cərimə nəzərdə tutulur.

Modern.az sürcülər tərəfindən qadağalara necə riayət olunduğunu, eləcə də bu istiqamətdə monitorinqlərin aparılıb, aparılmadığını öyrənmək üçün Nəqliyyat Nazirliyi “Bakısərnişinnəqliyyat” MMC ilə əlaqə saxlayıb.

“Sürüclərin qaydalara necə riayət etməsiylə bağlı monitorinqlər hər zaman aparılıb. Qadağalar müəyyənləşəndən sonra isə bu iş daha da güclənib”. Bu sözləri Modern.az-a açıqlamasında departamentin mətbuat xidmətinin rəhbəri Samir Həsənov bildirib.

“Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi işə düşəndən sonra isə GPS vasitəsilə sürcüləri izləmək mümkün olacaq və bilənəcək ki, hansı sürcülər qoyulan qadağalara əməl edir, hansılar əməl etməyib marşurutu dayanacaqdan kənar saxlayır”.

S.Həsənov monitorinqlər nəticələrinə görə qaydaları pozan və pozamayan sürcülərin də olduğunu qeyd edib.  Onun sözlərinə görə, qadağalarla bağlı qaydalar tətbiq olunandan sonra 10-a yaxın sürücü cərimə olunub.

Sonda mətbuat xidmətinin rəhbəri bir daha sürcülərə müraitə edərək qaydaları pozmamağı məsələhət görüb. “Əks halda onlar 50 manat məbləğində cərimələnəcəklər”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı