Modern.az

Paytaxtda yolu keçən iki bacını maşın vurdu

Paytaxtda yolu keçən iki bacını maşın vurdu

Ülke

6 Oktyabr 2017, 00:43

Bakının Xəzər rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində törədilib. Yolu keçmək istəyən iki bacı – 1991-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Hacıağa qızı və 1994-cü il təvəllüdlü Əliyeva Gülnaz Hacıağa qızını maın vurub.

Qəzanı minik avtomobili törədib. Yaralılar "təcili yardım" maşını vasitəsi ilə xəstəxanaya yerləşdirilib. Onların vəzyyəti orta-ağırdır.

 

Hadisəni törədən sürücü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı