Modern.az

Əhəd Abıyev Daşkəsəndə Bayraq meydanı tikdirir

Əhəd Abıyev Daşkəsəndə Bayraq meydanı tikdirir

Ölkə

14 İyun 2011, 12:38


Daşkəsən rayonunda Bayraq meydanının inşasına başlanılıb. Tikintini sentyabr ayına qədər təhvil vermək planlaşdırılıb. Modern.az-ın məlumatına görə, Daşkəsən rayonuna girişdə - Qoşqar çayının sol sahilində inşa olunan Bayraq meydanı təxminən 2 hektar ərazini əhatə edir. Burada eni 6, uzunluğu 12 metr olan üzrəngli bayraq 35 metr hündürlükdə dalğalanacaq. Tikintiyə 50-dən çox işçi qüvvəsi cəlb edilib. Qısa vaxt ərzində 700 kvadratmetr ərziyə beton tamet döşənib. Meydanın istinad divarlarına və pilləkən hissələrinə ağ mərmərdən üzlük vurulacaq. Burada 1 hektar ərazi yaşıllıq üçün nəzərdə tutulub. Dekorativ ağaclar gül kolları əkiləcək. Yeni qazonlar salınacaq. Yaşıllıqlar müxtəlif kompazisya və atributları əks etdirəcək. Meydan kompleksində istirahət mərkəzi də fəaliyyət göstərəcək. Rayon sakinlərinə və qonaqlara çay evi, kafe və restoran xidmət edəcək. Burada avtomobil dayanacağı və bulaq da inşa olunacaq. Paralel olaraq Daşkəsənin giriş qapısı da Bayrağı meydanına uyğunlaşdırılaraq yenidən qurulur. Kompleks sentyabr ayına qədər istifadəyə veriləcək.
Bu işlərin rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyevin təşəbbüsü ilə həyata keçirildiyi bildirilir.


Xaliq Qurbanov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı