Modern.az

Türk hərbi hava qüvvələri PKK-ya qarşı qırıcıları işə saldı

Türk hərbi hava qüvvələri PKK-ya qarşı qırıcıları işə saldı

کشور

18 Avqust 2011, 08:54


Türkiyənin Hakkari bölgəsində PKK terrorçularının bombalı hücumu nəticəsində 12 hərbçinin şəhid olması Ankara rəsmilərini hərəkətə gətirib. Modern.az Türk mətbuatına istinadən bildirir ki, prezident Abdulla Gül türk əsgərlərinin Hakkari bölgəsində yaşanan qanlı olaylardan sonra terrorçulara qarşı əməliyyatların başlanması üçün Ramazan ayının bitməsini gözləməyəcəklərini vurğulayıb.

Baş naziri Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, rəsmi Ankaranın səbri qalmayıb: “Bundan sonra danışıq yox, icra var. Ramazan səbəbiylə göstərdiyimiz səbrimiz artıq tükəndi. Terrorla məsafəsi olmayanlar bunun əvəzini ödəyəcək”.
Ötən gecə Türkiyə hərbi hava qüvvələrinin qırıcı təyyarələri PKK terrorçularının mövqelərini bombalayıb.

Diyarbakir və Maltayadan qalxan “F-16” türk döyüş təyyarələri Şimali İraqdakı Şam, Zap, Hakurk, Mətnə, Həftənin, Hinera və Sideka düşərgələrini vurub. PKK hədəflərinin vurulması üçün keçirilən hava əməliyyatları barədə PKK-ya aid internet saytlarında, kürdlərə məxsus telekanallarda həyəcanla xəbər verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı