Modern.az

Misir Mərdanov İTV-nin tədbirinə getmədi

Misir Mərdanov İTV-nin tədbirinə getmədi

Ölkə

15 Sentyabr 2011, 18:59

15 sentyabr Bilik günü ilə əlaqədar İctimai Televiziyada (İTV) təşkil olunan tədbirə təhsil naziri Misir Mərdanov qatılmayıb. İTV-nin həyətində təşkil olunan və canlı olaraq yayımlanan tədbirdə Təhsil Nazirliyini yeni nazir müavini Qulu Novruzov və şöbə müdirləri təmsil ediblər.

İTV-dən Modern.az saytına bildirilib ki, son illər ənənəvi xarakteri alan bu tədbirə Misir Mərdanov da dəvət olunubmuş və dünənki hadisədən öncə (nazir müavinlərinin işdən çıxarılması-red.) nazirin mərasimdə iştirakı qətiləşibmiş. M.Mərdanov əvvəlki illərdə İTV-nin həmin tədbirlərində  şəxsən iştirak edib.

Amma bugün tədbir başlayanda təhsil naziri iştirakçılar arasında görünməyib. Təhsil Nazirliyinin rəsmiləri nazirin mərasimə qatılmamasını İTV əməkdaşlarına izah etməyiblər.

Qeyd edək ki, Misir Mərdanov yeni dərs ilinin başlanması ilə əlaqədar Prezident İlham Əliyevin də iştirak etdiyi Bakıda əsaslı təmir olunan və yenidən qurulan 6 saylı orta məktəbin açılışına da qatılmayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı