Modern.az

Əfv Komissiyasının iclasları başlayır

Əfv Komissiyasının iclasları başlayır

Ölkə

19 Dekabr 2011, 19:00

Modern.az saytı xəbər verir ki, dekabrın 20-dən Prezident yanında Əfv Komissyasının iclasları başlayacaq. İclaslarda Əfv Komissiyası daxil olan müraciətlər müzakirə olunacaq. Əfv Komissiyasının iclaslarının bu həftənin sounadək davam edəcəyi bildirilir.
Məlumat Modern.az saytına Prezident yanında Əfv Komissyasından verilib.

Prezident yanında Əfv Komissyasının iclaslarındakı müzakirələrin sonunda əfv olunacaq şəxslərin yekun siyahısının hazırlanıb ölkə rəhbərinə təqdim olunacağı qeyd edilir.

Məlumata görə, gələn həftə Prezident İlham Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə əfv fərmanı və ya sərəncam imzalayacağı gözlənilir. Siyahıda neçə məhkumun olacağı məlum deyil. Bu, Azərbaycan Respublikasında veriləcək 50-ci əfv qərarı olacaq. Komissiyadan saytımıza onu bildiriblər ki, bu dəfəki əfv daha çox məhkuma şamil olunacaq.

Qeyd edək ki, Ombudsman Elmira Süleymanova da bir neçə gün öncə özünün məqbul bildiyi əfv siyahısını Prezident İlham Əliyevə təqdim edib.  
Jurnalistlərə açıqlamasında E.Süleymanova deyib ki, onun siyahısında 80-dək məhkumun adı var. Ombudsmanın sözlərinə görə, o, ahıllar, xəstələr, qadınlar, yeniyetmələr, jurnalistlərin azadlığa buraxılmasını istəyib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı