Erməni mətbuatı Azərbaycan ordusunun çavuşunun əsir götürüldüyü barədə məlumat yayıb. Modern.az xəbər verir ki, “Armenia Today”ın məlumatında bildirilir ki, Azərbaycan hərbçisi işğal olunmuş Dağlıq Qarabağla təmas xəttininin şimal-şərqində, Tərtərin Yuxarı Çaylı kəndi yaxınlığında könüllü olaraq erməni tərəfinə keçib. Qeyd olunur ki, əsir götürülən çavuş Məmmədbağır Axundzadə Talıb oğludur.
Azərbaycanın Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
***
Beynəlxalq Qırmızı Xaç Komitəsinın Azərbaycan nümayəndəliyindən bildirilib ki, qurumun Xankəndi ofisindən daxil olan məlumata görə, bir azərbaycanlı hərbçi əsir götürülüb. Nümayəndəlikdən hələlik əlavə məlumat verilməyib.
Modern.az