Modern.az

Milli Məclisin deputatının qızı qarət edilib

Milli Məclisin deputatının qızı qarət edilib

کشور

16 Noyabr 2012, 16:53
Azərbaycanda deputatın qızının maşını qarət edilib.

Modern.az-ın məlumatına görə, Nərimanov Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə bir neçə gün əvvəl Nərimanov rayonu, Teymur Əliyev küçəsində baş verib.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının qızı Günay Ağamalıya məxsus “Hyundai” markalı maşından müəyyən miqdarda pul, mobil telefonlar və şəxsi əşyalar oğurlanıb. Baş vermiş hadisə ilə bağlı Nərimanov polisinə məlumat verilib və faktla bağlı Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Hadisədən bir müddət keçməsinə baxmayaraq, oğurluğun üstü hələ də açılmayıb. 

APA G. Ağamalıdan hadisə ilə bağlı açıqlama almaq istəsə də, o, açıqlama vermək istəməyib: “Mən şəxsi həyatımla bağlı məlumatların mətbuatda yayılmasının əleyhinəyəm”.

Məlumat üçün qeyd edək ki, G. Ağamalı “Buta” uşaq bağçasının müdiridir.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı