Modern.az

Azərbaycanın keçmiş Baş prokuroru vəfat edib

Azərbaycanın keçmiş Baş prokuroru vəfat edib

Ölkə

6 Yanvar 2013, 13:20

Azərbaycanın eks-Baş prokuroru Murad Babayev vəfat edib. Modern.az-ın məlumatına görə, 62 yaşlı eks-Baş prokuror iki saat bundan öncə ürək tutmasından dünyasını dəyişib.
Murad Babayevin yaxınları Modern.az saytına bildiriblər ki, mərhum yanvarın 6-də saat 15.00-da Bakının Binəqədi rayonundakı qəbiristanlıqda dəfn olunacaq.

Xatırladaq ki, Murad Köçəri oğlu Babayev 1951-ci il 10 dekabr tarxində Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanının ailəsində dünyaya gəlib. 1968-1973–cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 

1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977-80-ci illərdə Bakı şəhərində açılmamış ölüm üzrə baş müstəntiq, 1982-ci ilin noyabr ayında Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci il martın 31-də 36 yaşında Azərbaycan Respublikası Baş prokurorun birinci müavini təyin edilib. 26 noyabr 1991-ci ildə isə ölkənin Baş prokuroru vəzifəsinə təyinat alıb. 1992-ci ilin sonunda Baş prokuror vəzifəsindən azad edilib.

1993-cu ilin fevralında isə Bakı şəhər nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. Dünyasını dəyişənədək Təfəkkür Universitetində Hüquq fakültəsində kafedra müdiri vəzifəsində çalışıb. 

Allah rəhmət eləsin!

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı