Azərbaycanda vətəndaş cəmiyyətinin qurucuları olan qeyri-hökumət təşkilatlarının (QHT) sayı ildən-ilə artır. Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyi 2009-cu ildə 169 yeni QHT-ni dövlət qeydiyyatına alıb. 2009-cu ildə ölkədə yeni təsis olunan mətbuat orqanlarının da sayı az olmayıb.
Belə ki, ötən il Ədliyyə Nazirliyi tərəfindən 304 mətbu nəşr uçota götürülüb. Rəsmi məlumata görə hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının sayı 3352, KİV-lərin sayın isə 4100-ü ötüb.
Modern.az