
Modern.az saytı xəbər verir ki, Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən V qurultayında partiyanın struktur dəyişikliyi edilib, yeni sədr müavinləri seçilib.
Belə ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, deputat Əli Əhmədov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov YAP-ın yeni sədr müavinləri seçiliblər.
Daha sonra partiyanın 90 nəfərlik siyasi şurasının, 21 nəfərlik idarə heyətinin və 15 nəfərlik mərkəzi nəzarət-təftiş komissiyasının tərkibi seçilib.
Partiyanın İdarə Heyətinin tərkibini Prezidentin təklifi ilə millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı oxuyub.
Bununla da YAP qurultayı öz işini başa çatdırıb.
Modern.az