Modern.az

Ağcabədi: Deputat problemlərdən, jurnalist inkişafdan danışdı

Ağcabədi: Deputat problemlərdən, jurnalist inkişafdan danışdı

Ülke

13 Avqust 2013, 15:41

Modern.az saytıRayonlardakı vəziyyət: Deputat və jurnalist danışır” davam etdirir. Bu dəfəki böblgəmiz Ağcabbədi rayonudur. Bu bölgə haqqında 82 saylı seçki dairəsindən seçilmiş deputat Tahir Rzayev və əslən Ağcabədidən olan “525-ci qəzet” in əməkdaşı İsgəndər Həsənov danışır.

Deputat Tahir Rzayev deyir ki, problem olmayan bölgə yoxdur. “Əlbəttə hər bir bölgədə problemlər var. Bu problemlər əsaslıdır, dərindir. Son vaxtlar Ağcabədidə olan əksər problemlər aradan qaldırılıb. Yol, su, qaz problemlərində mühüm irəliləyişlər var. Müəyyən tikinti, abadlıq işləri gedir. Bu gün insanların sosial qayğıları da var. Keçən il Ağcabədidə peşə hazırlığı üçün 12 orta məktəb istifadəyə verilib. Yeni bağçanın təhvil verilməsi də gözlənilir. 205 saylı xəstəxananın tikintisi başa çatıb. Bu aralar müsbət yöndə çox işlər gedir. Ancaq bununla yanaşı bəzi problemləri də həll etmək lazımdır. Kanalizasiya sistemində müəyyən problemlər var. Çünki primitiv qaydadadır. Bu problem tezliklə həll olunmalıdır. Bəzi kəndlərdə olan su məsələləri hələ də aradan qaldırılmayıb. Son vaxtlar Ağcabədiyə su artizan quyuları qoyulub. Ancaq əlbəttə ki, bu kifayət deyil. Sahibkarlar vaxtında öz torpaqlarını sulamaq, məhsullarını götürmək istəyirlər. İndi əvvəlki kimi ciddi probblemlər yoxdur. Günlərlə, həftələrlə kəndlər susuz qalırdı. Ciddi su, qaz problemi var idi.

Rayonun özündə, kəndlərində qaz yox idi. Bu gün Ağcabədidə mərkəz tamamilə qazlaşdırılıb. 20-dən çox kəndə qaz çəkilib. Bu proses davam edir. Seçicilər daha yaxşı yaşamaq istəyirlər. Müəyyən torpaq mübahisələri olur ki, bununla bağlı müraciət edirlər. Bunlar da fərdi məsələlərdir. Taxılın vaxtında biçilməsi ilə əlaqədar müraciətlər olur. Kəndlərdə kombaynlar çatmırdı. Biz bununla bağlı öz köməkliymizi etdik. Kənd yollarının düzəlməsinə ehtiyac var. Bələdiyyələrin səlahiyyətlərinin artmasını, onların daha çox fəal olmasını istəyirlər. Bundan başqa İş müraciətləri də olur. Bəzilərinə kömək etmişəm. Bəziləri üçün də kömək etməyə çalışıram.”

Jurnalsit İsgəndər Həsənov isə deyir ki, böyük mənada Ağcabədidə heç bir problem yoxdur. “Rayonda qaz, su, yol problemi yoxdur. Hər şey qaydasındadır. Burada abadlıq işləri də görülür”.

Ulduz İBRAHİMOVA 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı