Modern.az

Müsavat Partiyasnın müttəfiqi AŞPA-nın yeni SƏDRİ olacaq

Müsavat Partiyasnın müttəfiqi AŞPA-nın yeni SƏDRİ olacaq

Ölkə

11 Yanvar 2014, 12:50

Quruma ilk dəfə olaraq liberal-demokratik alyansın rəhbəri An Brasser sədrlik edəcək


Avropa Şurası Parlament Assambleyasına (AŞPA) sədrlik edəcək şəxsin adı açıqlanıb. Modern.az saytı xəbər verir ki, AŞPA-nın 27-31 yanvar 2014-cü il tarixində keçiriləcək plenar iclasında hazırkı sədrlik edən Jan Klod Minyonu Liberal-demokrat Alyansı fraksiyasının rəhbəri An Brasser əvəz edəcək.

Qeyd edək ki, yeni sədr Azərbaycanın hazırki iqtidarına qarşı olan mövqeyi ilə fərqlənir. An Brasser Alyansın fraksiya rəhbəri kimi AŞPA-nın iclaslarında Azərbaycan hökümətini kəskin tənqid edən deputat kimi tanınıb.

AŞPA-dakı liberal-demokrat Alyansı Avropa Uğrunda Liberal Demokrat Alyansı Partiyasını (LDAP) təmsil edir. 1993-cü ildə yaradılan LDAP Belçikada qeydiyyatdan keçib. Bu quruma Avropa Şurasına üzv olan ölkələrdə fəaliyyət göstərən liberal və liberal-demoktaik yönümülü partiyalar daxildir.  Avropa ölkələrinin siyasi partiyalarının konfedrasiyası olan LDAP Liberal İnternasionala daxildir. 

Partiya 2004-cü ildə Avropa Parlamentində Liberal-demokrat Alyans formalaşdırıb. Böyüklüyünə görə seçilən partiyanın Avropa Parlamentində 75 deputatla üçüncü  yeri var.

AŞPA-da bu partiyanın fraksiyası fəaliyyət göstərir. LDAP-ın AŞPA-dakı fraksiyasına adı çəkilən Ann Brasser rəhbərlik edir. Lüksemburqdan olan bu xanım deputat Demokrat Partiyasını təmsil edir.

Azərbaycandan Avropa Uğrunda Liberal Demokrat Alyansı Partiyasını üzvü Müsavat Partiyasıdır. Ermənistanı Erməni Ümumilli Hərəkatı, Rusiyanı PARNAS və “Yabloko”, Gürcüsatnı isə Respublikaçılar Partiyası və “Azad Gürcüstan” Partiyası təmsil edir. Qeyd edək ki, 2011-ci ildən Avropa Uğrunda Liberal Demokratik Alyansı Partiyasına üzv olan Müsavatın bu addımı o zaman ciddi müzakirə mövzusuna çevrilmişdi. 

LDAP-ın AŞPA-dakı fraksiyasına isə 3 erməni deputat daxildir. Liberal-demokratik Alyans AŞPA tarixində ilk dəfə olaraq quruma sədrlik edəcək. Alyans 2013-cü il Azərbaycanda keçirilmiş prezident seçkilərini kəskin tənqid edən partiya olub.

Xaqani SƏFƏROĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı