SƏHƏR
- Mamed, dur səhər yeməyini ye.
- Nə var?
- İnək südü qaynatmışam. Yanında nehrə yağıyla qoyun pendiri. İki dənə də toyuq yumurtasının kərə yağında qayğanağı…
İŞƏ GEDƏRKƏN
- Ay Mamed, əynini isti elə. Hava yaman soyuqdur. Maşallah hər şeyin var. Qoyun yunundan toxunmuş sviterin. İçərisi tüklü, qoyun dərisindən boğazlı çəkmən. Qoyun dərisindən dublyonka. Qoyun yunundan toxunma papağın.
GÜNORTA
- Günortaya nə bişirmisən?
- Təzə qoyun ətindən parça bozbaş. Quyruq da atmışam ki, dadlı olsun. Sabaha da mal ətinin küftə-bozbaşını bişirəcəyəm. Yaxşı kənd beçəsi, hinduşkamız da var. Ürəyin nə istəsə, de, bişirim.
- Gətir yeyim. Gedən yerim var.
AXŞAM
- Mamed şam eləyirsən?
- Yox. Restoranda qonaqlıqaydım.
- Nə yedin?
- Süfrədə hər şey vardı, Yaxşı tikə, lülə, basdırma kababı, paça soyutması, toyuq ləvəngisi...
- Boğazacan yeyib-içmisən a... Nuş...Nuşş... Heç danışa da bilmirsən.
- Məəə, mooo, quq-quli-qu...