Modern.az

Məşhur reper Hüseyn Dərya vəfat edib

Məşhur reper Hüseyn Dərya vəfat edib

Ölkə

15 Mart 2014, 13:00


Azərbaycanın məşhur reperi Hüseyn Dərya bir qədər öncə vəfat edib. Modern.az saytının məlumatına görə, xəbəri yol qəzasından sonra reperin yerləşdirildiyi Bakı şəhəri 3 saylı Klinik Xəstəxanasından təsdiqləyiblər.

Xatırladaq ki, Hüseyn Dərya dünən gecə yol qəzasına düşüb. Ötən gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində baş vermiş yol qəzasında Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili KaMAZ markalı maşına çırpılıb. Nəticədə ağır yaralanmış Hüseyn Dərya 3 saylı Klinik Xəstəxanasına yerləşdirilmişdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı