Modern.az

Nazirliyin dondurmalarla bağlı yeni xəbərdarlığı var

Nazirliyin dondurmalarla bağlı yeni xəbərdarlığı var

Ölkə

8 İyul 2010, 13:15
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində Müzəffər Poladova məxsus dondurma istehsalı sahəsində aparılan yoxlama zamanı “Yoloçka”, “Eskimo”, “Okean”, “Beliy parus”, “Flaminqos”, “Şirvanşahlar” adlı və südlü dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi aşkar edilib.

Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, istehsal sahəsinin anbarında olan 1,1  ton hazır məhsulun satışının dayandırılması və ticarət şəbəkəsinə göndərilmiş dondurmaların geri yığılması, habelə üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 1 tondan çox bükmə materialından istifadənin dayandırılması barədə sahibkar Müzəffər Poladova icrası məcburi göstəriş verilib. Eyni zamanda, istehsal sahəsinin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Müayinələr nəticəsində “Flaminqos” adlı dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizimlərin sayının normadan çox, “Yoloçka”, “Eskimo”, “Okean”, “Beliy parus” adlı dondurmalarda isə mezofil-aerob, fakültativ-anaerob mikroorqanizimlərin sayının normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu aşkar edilib. Bundan başqa, “Flaminqos”, “Beliy parus” adlı və südlü dondurmalarda turşuluq, “Yoloçka”, “Eskimo” və “Şirvanşahlar” adlı dondurmalarda isə yağın kütlə payı və turşuluq normadan az olub. Bununla əlaqədar olaraq, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1,1 ton dondrumanın məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Müzəffər Poladova icrası məcburi göstəriş verilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara dondurma alarkən diqqətli olmağı tövsiyə edir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı