Modern.az

Bayrağımıza niyə sayqısız yanaşırıq?

Bayrağımıza niyə sayqısız yanaşırıq?

Ölkə

3 Avqust 2010, 18:35

Azərbaycanın dövlət atributlarına hörmət hər bir Azərbaycan vətəndaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vəzifəsi hesab olunur. Bu baxımdan, müsəlman şərqinin ilk demokratik respublikası olan Azərbaycanın dövlət atributlarına, o cümlədən bayarağına hörmət nəinki sadalanan şəxslərin, hətta müsəlman dövlətlərin borcudur desək, heç də fikrimizdə yanılmarıq. Bir sıra xarici ölkələrdə Aərbaycan bayarağına qarşı edilən sayqısızlıq bir daha bayrağımızın dəyərinin artırılması barədə düşünməyə əsas verir. Ancaq istər dövlət, istərsə də ictimaiyyət tərəfindən üçrəngli bayrağımızın müqəddəsliyinin təmin edilməsi, onun canımız, qanımız qədər əziz olduğununun aşılanıması istiqamətində üzərimizə düşən vəzifələri icra edirikmi?

Əksinə, biz öz hərəkətlərimiz və bələkə də hərəkətsizliyimizlə bayarağımızın  nüfuzunun qorunması və daha da artırılmasına zərbə vuran əməllər icra edirik. Əhali arasında bayrağın mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin dövlət bayrağına hörmət ruhunda tərbiyyə edilməsi məqsədilə heç bir tədbirləri həyata keçirilməsinin şahidi olmuruq. Bu prosesdə sadə vətəndaşlardan tutmuş dövlət strukiurlarında təmsil olunan hər bir vətəndaşın müəyyən mənada məsuliyyəti var. Bu məsuliyyət hissi dərk edilmədiyindən ölkə ərazisindən kənarda dövlət bayarağına qarşı təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun heç bir addım atılmır. Dövlət bayrağının müqəddəsliyi heç bir ölçüyə sığmadığından onun istifadəsi haqqında xüsusi qanunla tənzimlənir.

 "Azərbaycan Respublikası Dövlət bayarğının istifadəsi qaydaları haqqında" qanuna əsasən dövlət bayrağının qaldırıldığı və yerləşdirildiyi yerlər dəqiq müəyyənləşdirilib. Təssüf ki, biz qanunlarımızın icrasına hörmətlə yanaşmadığımızdan dövlət atributlarının təhqir edilməsinin qarşısını almaqda acizlik nümayiş etdiririk. Qanunvericiliyə əsasən Azərbaycanın dövlət bayrağı Prezident Sarayı, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, mərkəzi icra hakimiyyəti orqanları, prokurorluq, Mərkəzi Bank, Mərkəzi Seçki Komissiyası, Hesablama Palatası, Ombudsman və Naxçıvan Muxtar Rspublikasının eyni strukturlarını binaları üzərində daimi qaldırılmalıdır. Qanunvericilikdə dövlət bayarağının digər yerlərdə də qaldırılması nəzərdə tutulur ki, hələlik biz hamının gündəlik həyatında rast gələ biləcəyi yerləri nəzərdən keçirdik. Düzdür, demək olar ki, nəinki sadalanan dövlət qurumların, hətta qanunda nəzərdə tutulmayan dövlət orqanlarının inzibati binalarının əksəriyyətnin üzərində Azərbaycan bayrağı dalğalanır. Ancaq belə dalğalanmaqdansa, onların yığışdırılması bayarağa qarşı hörməti daha da artırmış olardı. Çünki həmin inzibati binaların üzərində dalğalanan bayaraqların ya ölçüsü, ya rəngi, ya da keyfiyyəti bayraqları hörmətdən salmış olur. Buna səbəb isə ölkədə bayraq istihsalı ilə məşğul olan hər hansı istehsal müəssisəsinin mövcud olmamasıdır. Məlumat üçün bildirək ki, Azərbaycan bayraqları sifariş əsasında Türkiyədə hazırlanır. Bu zaman isə onun ölçüsü Konstitusiyada  əksini tapmış miqyasda (1:2), rəngi isə mavi alınmır.

Konkret olaraq Azərbaycan bayrağındakı mavi rəng "Ranton" rənglər kataloqunun Blue 313 S rəngirə, qırmızı Red 185 S, yaşıl isə Qneen 3405 S rənginə uyğun olmalıdır. Buna nəzarət edən orqanın olmamasının nəticəsidir ki, ölkədəki bayaraqların əksəriyyətində mavi rəng göylə əvəz edilib. Bayraqların ölçüsünə dəqiq nəzarət edilmədiyindən binaların üzərinə qaldırılmış bayaraqların Bakı küləyindən yaranan səsini yox etmək üçün onun uzunluğunu kəsərək qısaldırlar. Nəticədə bir çox binaların üzərindəki bayraqların eni uzunundan böyükdür. İllərlə binalar üzərində qaldırılan bayraqlar vaxtı-vaxtında dəyişdirilmədiyindən rəngi itmiş, cırıq bayaraqlar ona qarşı hörməti azaldır.

Qanunvericiliyə əsasən isə baryaq bütöv olmalı, solğun görünməməlidir. Dövlət bayarağı elə qaldırılmalıdır ki, parçanın aşağı tərəfi yerdən azı 3 metr hündürlükdə olsun. Çünki dövlət bayaraqları masaların və kürsülərin üzərinə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz. Birmənalı qeyd etmək olar ki, dövlət bayrağının istehsalını özəl təşkilatların ümidinə buraxmaq olmaz. İstənilən halda dövlət atributlarına nəzarət dövlət orqanının səlahiyyəti daxilində olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət bayarağının yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, müəssisə və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırılmasını istisna edilmir. Dövlət bayrağı qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırıla və yerləşdirilə bilər. Belə halda bayraqların qanunla müəyyən olunmuş qaydada istifadə ediləcəyinə heç kim zəmanət verə bilməz. Hər bir Azərbaycan vətədaşı nəzərə almalıdır ki, dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Ən azı buna görə bayraqdan istifadə və ona hörmət hər bir vətəndaşın dövlət və cəmiyyət qarşısında müqəddəs borcu olmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı