Modern.az

İqtisadi İnkişaf Nazirliyi: "Çörək və unun qiymətində artım qeydə alınmayıb"

İqtisadi İnkişaf Nazirliyi: "Çörək və unun qiymətində artım qeydə alınmayıb"

Ölkə

27 Avqust 2010, 18:41

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ölkə ərazisində taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədilə çörək və unun qiymətinin gündəlik monitorinqi aparılır.
Nazirliyin yaydığı məlumata görə, indiyədək bütün ölkə ərazisini əhatə etməklə aparılan monitorinqlər zamanı çörək və un qıtlığı müşahidə edilməyib, çörəyin və unun pərakəndə satış qiymətində artım, habelə çörəyin çəkisində azalma qeydə alınmayıb.
"Bundan başqa, respublikada fəaliyyət göstərən iri taxılçılıq subyektlərindən və Dövlət Taxıl Fondundan alınmış məlumatlara əsasən, ölkədə kifayət qədər taxıl, o cümlədən ərzaq buğdası ehtiyatı mövcuddur və bağlanmış müqavilələr üzrə ölkəyə buğda idxalı davam edir"-deyə bildirilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  çörək və unun süni qiymət artımının qarşısının alınması istiqamətində gündəlik monitorinqlərini davam etdirəcək.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı