Modern.az

Aytacın son zəngi

Aytacın son zəngi

کشور

2 May 2015, 22:22

Əslində qadına şiddətlə bağlı köşə olmaz, kitab yazılar. Çünki son illər bu şiddətin miqyası durmadan genişlənir. Şiddət kateqoriyası döymə, söymə, öldürmə, təcavüz sırası ilə artır. Qadına şiddət bitməz. Bu ölkədə qadına şiddətlə bağlı nə zaman doğru bir qanun çıxar, ağır cəzalar filan olar, ancaq o zaman şiddət azalar. Çünki hər şey qadına şiddətə xidmət edir. Çünki bütün düzən qadın üzərində qurulub. Maşını yavaş sürən, park etməyə çətinlik çəkən birini görən yan maşındakı kişi “kəsinliklə qadındır” deyir. Hələ filimlərdə qadınların ağlama səhnələrindən danışmıram. Hətta mahnılarmız da var - “Yar yaxasın düymələsin…”,  “Biri heyva biri nar...” tipli. Yar yaxasın düymələməsə, özü bilsin, başına gələnlərə razı olmalıdır... Maləsəf şiddət edən kişiləri də doğan qadındı. Dünyaya təcavüzçü, dayaqçı, namussuz kişilər gətirir qadın. 9 ay onu qarnında daşıyır, min bir əziyyətlə doğur...

...Qadına qarşı şiddətin boyutlarının artdığı bir zamanda yaşayırıq. Hardasa “qadın soyqırımı” yaşayırıq. Qadınların öldürülmədiyi, intihar etmədiyi, təcavüzə uğramadagı bir gün yoxdu. Çünkü qadına toplumun əxlaqını pozan, mentalitetlərə görə əxlaqı zorlayan bir makina kimi baxılır. Qadının azacıq ayağı görsənirsə əxlaqsızdı, güldüsə şitdi, baxdısa istəklidir deyirlər. Qadın vəzifəyə getdisə adamı var, maşın aldısa sevgilisi, bahalı ətir vurdusa məşuqu... Var da, var… Bitib tükənməyən istehzalar…
Bunun hamısını edən anası, bacısı olan, qadının dünyaya gətirdiyi kişilərdi. Sevmirsə öldürün, ayrıldısa öldürün, istəmədi təcavüz edin... Çünki qarşınızdakı qadındı. Çünki sizin boş kafanız hələ yenilənməyib. Qadını sizdən ayıranın sadəcə cinsinin olduğunu anlaya bilməmisiniz. O da dünyaya sizin gəldiyiniz yerdən gəlib. Yəni sizi dünyaya qızıl səbətdə göndərməyiblər. Kaş bunu düşünə bilmək üçün beyin hüceyrələriniz aktiv olsa...


...Aytac! Əslində yazımın səbəbkarı... 11-ci sinifdə oxuyan bir qız. Sevmiş, uşaqcasına. Bu yaşda hansımız sevmədik? Sevmək gözəl bir hisdir. Amma sonra ayrılmaq qərarı verib. Cox güman ki qarşısındakı insanın hansısa bir davranışından inciyib, küsüb. O da ayrılaq deyib. Və... 20 yaşlı gənc onu bıçaqlayaraq öldürüb. “Ya mənim olmalısan, ya da qara torpağın” psixologiyası. Demək bu gəncin psixologiyası elə şiddətdən yoğrulub. Onun beynində də qadın “yox” deyərsə, ölümə məhkumdur huceyrəsi inkişaf edib. O, 20 yaşındakı gənc bəzilərinin dediyi kimi “beyni qan oldugu üçün” bunu etməyib. Onun 50 yaşı da olsa, belə edəcəkdi. Heç bir qüvvə bu gəncin depressiyada filan olmasına məni inandıra bilməz. Bu gənc 20 yaşındadır, uşaq deyil! Bu gənc Polad Ələmdara baxıb köynəyinin boynunu qaldıranlar “sinfinə” aiddir. Atasının “kişi balası” indi cəzasını çəkəcək. Cəzasından sonra nə olacaq, bilmirəm. İslahmı olacaq, qadın düşmənimi?...

...Aytac qətl edildi. Onun son zəngi vaxtından önçə çalındı. Həm məktəbə, həm həyata son zəngi... Aytac məktəbi bitirmə, unversitetə daxil olma sevinci yaşamayacaq. Aytac sevməyəcək, sevilməyəcək! Aytac gülməyəcək, ağlamayacaq, heç bir hissi yaşamayacaq. Aytac ana olmayacaq! Aytac bir kişi dünyaya gətirməyəcək!

Aytaclar üçün etiraz edin, Aytaclar ölməsin deyə, həmrəy olun! Aytaclara təcavüz edilməsin deyə, qısa ətək geyməyin, qısa ətəkərə hörmət edin! Qadınlara bu həyatı dar etməyin!!!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı