Modern.az

Əli Nağıyev deputat olmaq istəyir? - “Dediklərim kifayətdir” - AÇIQLAMA

Əli Nağıyev deputat olmaq istəyir? - “Dediklərim kifayətdir” - AÇIQLAMA

Ülke

13 Avqust 2015, 15:40


“Bu ilki parlament seçkilərinə qatılmağı qarşıma məqsəd qoymamışam. Ümumiyyətlə, bu barədə heç vaxt düşünməmişəm”.

Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, Əli Nağıyev deyib.

Əli Nağıyev mövzuya dair digər suallara cavab vermək fikrində olmadığını deyib.

“Düşünürəm ki, dediklərim kifayətdir. Əlavə nəsə danışmaq fikrim yoxdur”.

Qeyd edək ki, Əli Nağıyev 1996-2006-cı illərdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, 2006-2011-ci illərdə isə Azərbaycanın Belarusda səfiri olub.

Namidə Bingöl

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı