Modern.az

Azərbaycanda qiyabi təhsil ləğv oluna bilər…

Azərbaycanda qiyabi təhsil ləğv oluna bilər…

Ölkə

17 Dekabr 2010, 12:47

Bu gün Azərbaycanın ali təhsil ocaqlarında qiyabi təhsil forması da mövcuddur. Qiyabi olaraq oxumağa çalışanların böyük əksəriyyəti işləyənlər və sonradan təhsillərini artımağa çalışanlardır. Amma Azərbaycandan fərqli olaraq dünyanın əksər ölkəsində qiyabi təhsil yoxdur.
Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev Modern.az saytına açıqlama verib.

O, bildirib ki, qiyabi təhsil forması Sovet hökumətinin məhsuludur: “Həm qiyabi təhsilin, həm də dissertantların əleyhinəyəm. Qiyabi təhsil forması sovet hökumətinin bir məhsuludur. Bütün dünya bu təhsil formasından imtina edib, ona görə bizdə də bu ləğv edilməlidir. Amma bu o demək deyil ki, bu işə elə sabah başlamaq lazımdır, psixoloji vəziyyəti nəzərə alıb yavaş-yavaş hərəkət edilməlidir”.

Dissertasiya məsələsinə münasibət bildirən Asəf Hacıyev 45 yaşlı insanların dissertant olmasının faydasızlığını qeyd edib: “45 yaşlı insanın elmlə məşğul olmasını alqışlamaq lazımdır, amma onun dissertant olmasının nə faydası var? Bununla o nə məqsəd güdür? Dünyada ümumiyyətlə dissertasiya deyilən bir şey yoxdur. İnsan gərək gənc yaşda elmlə məşğul olsun ki, uğur əldə edə bilsin”.

Sonda Asəf Hacıyev “Ali təhsil haqqında” qanun layihsində qiyabi təhsilin ləğv edilməsi məsələsinə də diqqət ayrılacağını vurğulayıb.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı